Havadan gələn səs
Unikal alətin yaradıcısı, ixtiraçı alim Lev Termenin dünyada ilk kontaktsız musiqi aləti olan Termenvoks.
Yaranma tarixçəsi: 1919-cu ildə Petroqraddakı yeni açılmış Fizika-Texniki İnstitutun rəhbəri, o dövrün məhşur alimi Abram İoffe tərəfindən radiotexnika üzrə mütəxəssis kimi işə dəvət almış Lev Theremenə "Təzyiq və temperaturlarda qazların dielektrik keçiriciliyini ölçmək" tapşırığı verilir.
Orada gənc alim qazların dielektrik davamlılığını tədqiq edir. Müəyyən tədqiqatlar zamanı başa düşür ki,hava bir kondesatora çevrilə bilər,və kondensatorun tutumunun dəyişdirilməsi, öz növbəsində elektrik salınımlarının tezliyinə təsir edə bilər.Alim qazların dielektrik keçiriciliyini öyrənən qurğunu yaradır. Beləliklə, Lev Termen öz ideyasını təcəssüm etdirir; fizika ilə poeziyanın, elmlə incəsənətin, elektrik və səsin birləşməsindən həm musiqidə həm də elektrik mühəndisliyində yeniliyə çevrilən musiqi aləti yaradır.
Alət iki (şaquli düz və qövs şəklində üfüqi) antenadan və iki qeneratorla təchiz olunmuş bir korpusdan ibarətdir. Onlardan biri dəyişən tezliklidir. Birinci antenanın yaxınlığında hərəkət etdikdə "hava" kondensatorunun tutumu dəyişir və bu da öz növbəsində qeneratorun tezliyinə təsir edir. İkinci antenanın yanında əlin hərəkəti amplitudaya nəzarət etməyə imkan verir. Şaquli düz antena səsin tonunu dəyişməkdən, üfüqi at nalı şəklində olan isə səsin həcmini dəyişməkdən məsuldur .
Uşaqlıqdan musiqiyə marağı olan Termen üçün melodiya tapmağ çətin deyildi. 1920-ci ilin noyabrında professor Kirpiçev adına mexanika dərnəyinin iclasında fizik Theremin ilk konsertini verir.
İxtira etdiyi alətə əvvəlcə eteroton (havadan gələn səs) adlandırdı, lakin müəllifin şərəfinə adı dəyişdirilərək Termenvoks adlandırılmağa başlandı.
1922-ci ilin martında L.S.Termen və radio Şurasının sədri A.M.Nikolayev V.İ.Leninə aləti göstərməyə Kremlə gəlirlər. Skryabinin "Etud", Sent Saensın "Qu" və Qlinkanın "Lark" əsərlərini ifa edərək alətin nə qədər sadə olduğunu nümayiş etdi. V.İ.Lenində ixtiraçının köməyi ilə çalmağa başladı, tezliklə məlum oldu ki, Lenin tək başına oynuya bilər və Qlinkanın "Lark" əsərini tamamlayır.
İlk sintezatorlardan birinin yaradıcısı Robert Muq, Teremini bütün elektron musiqi hərəkatının ən böyük və mühüm təməl daşı adlandırdı. Və 1960-cı illərdə The Beach Boys, "Good Vibrations" mahnısında istifadə edərək, Teremini musiqinin əsas axınına gətirir.
Brian Eno, Jean-Michel Jarre, Led Zeppelin, The Beatles, Pink Floyd Lev Tereminin ixtirasını yüksək səviyyədə dəyərləndirirdilər.
Britaniya və Amerika kinorejissoru, prodüser, ssenarist Alfred Hitchcock thereminin qeyri-adi səslərini sevirdi. Özünün "Spellbound" filmində və Robert Wise-in "The Day the Earth Stood Still" ("Yerin dayandığı qün") elmi fantastik trillerində theremin vasitəsilə məşum fəryadlar eşidilir