Ürək həyatdır.
World of statistics resursunun paylaşdığı məlumatına əsasən Azərbaycan dünya ölkələri arasında ürək-damar xəstəlikləri nəticəsində dünyasını dəyişənlərin sırasında 2-ci yerdə durur.
Azərbaycanda hər 100 000 insandan 388-i bu xəstəliydən dünyasını dəyişir.Tacikistan 1-ci yerdə durur hər 100 000 insandan 389 nəfər, Rusiya 27-ci, Türkiyə 117-ci sırada Yaponiya, Fransa və Cənubi Koreya sıralamanın ən axırıncı yerlərini tuturlar.
Tibb mütəxəssislərinin fikrincə; qida rasionunda yağlı yeməklərin çoxluğu, zərərli vərdişlərin olması,idman və sağlam həyat tərzinə fikir verməməyin,həkimə çox gec müraciət etməsinin nəticəsində baş verir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən İl ərzində bir tək Bakı şəhərində 15 000 dünyasını dəyişənlərin 8 000-i ürək-damar xəstəliklərinin payına düşür.Dəhşətli rəqəmlərdir fərqinə varsaq ki, bunlardan çox faizi cavan nəsilə aid olduğunu biləndə, yəni 20-50 yaş arası deyilir.
Necə olur ki,Azərbaycan öz sanatoriyaları,istirahət zonaları,dənizi,meşəsi,dagı və sair təbii sərvətləri ilə tanınan bir ölkədə, bu qədər xəstəliydən dünyasını dəyişənlərin sayı çox olsun?Mənim fikrimcə bir çox ürəy tutmaya səbəb həyatda əsəb ,stress və həyacan olur.İndiki zəmanədə stress uşağlığdan başlanır:hazırlığ,məktəb,ali təhsil almağ,iş tapmaq, ailə qurmaq və sair kimi məişət problemlərinin çoxluğu əlbətdə ki ,öztəsirini göstərir.Məsuliyyətli insan hər hansı bir işin öhdəsindən gəlmək üçün səy göstərir, istədiyi kimi alınmayanda da həyacan və əsəb istəməsə belə keçirir.Bir müddət sonra sağlamlığa təsir edir.Zamanla yığılıb üzə ürək tutması (infarktla) ilə çixir.
Çox təəssüf olsun ki, müasir dövrdə sosial şəbəkələrin də həyatımıza təsiri az deyil.Elə insan vardır ki, kiminsə mənfi rəyinə çox pis təsirlənir,hətta xəstə olur. Qünümüzin xəbərlərinə fikir versək görərik ki, insanların çoxu qəddarlıq, zorakılıq və ölüm xəbərlərini yaymağa daha çox meyillidirlər , nəinki xoş təəssürat verən xəbəri.Hətta zorakılıq və ölüm hadisəsi olan videoları paylaşırlar,bu da mənim fikrimcə heçdə xoş hal deyil.Ürəyi zəif olanlarda izləyir.
Ürək həyatdır,hələki döyünür.İnsan bədənində beyin ölə bilir,hər hansı bir orqanda sıradan çıxır,amma insan ölmür.Lakin Ürək ölürsə (dayanırsa)deməli həyat bitir.Ürəyi yaşatmağa çalışmaq lazımdır.
Mütəxəssislər insanlara aktiv və sağlam həyat tərzi yaşamağı tövsiyə edir.Mən sağlamlığ üzrə mütəxəssis deyiləm,amma əsəbsiz və stressiz sözünü də əlavə edərdim.
Bu arada 29 sentyabr Dünya Ürək Günüdür.
Fürsətdən istifadə edərək hər birinizə sağlam həyat tərzi, sağlam qidalanma, sağlam bədəndə sağlam ruh arzulayıram 🤲🤲.